Mənzillərin satma öhdəliyi ilə kirayə verilməsi mexanizmindən yüksək gəlirli şəxslər deyil, aşağı gəlirli vətəndaşlar da yararlana bilər
Fins.az xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun rəsmisi məlumat verib.
O bildirib ki, indiyədək kirayə yolu ilə satılan 380 mənzildən 100-də aylıq ödəniş 300 manatdan aşağıdır. Bu o deməkdir ki, məhsuldan daha aşağı gəliri olanlar da faydalana bilirlər.Bütün xərcləri nəzərə alanda kirayə evlərin satışı zamanı əlavə ödənilən faiz ildə 4%-dən artıq deyil. Bu da güzəştli ipoteka kreditlərində olduğu kimidir.
Məhsulun şərtlərinin sərfəli olduğunu bildirən fond nümaynədəsi qeyd edib ki, indiyədək satılan mənzillərdə ilkin ödənişlər mənzilin dəyərinin 6-7%-ni təşkil edir.