BANK

27 Noyabr

Depozit hərracı keçiriləcək - MƏBLƏĞ

Bakı, 27 noyabr Fins.az  

Noyabrın 30-da Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

Hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 6,01-6,49 faiz təşkil edir.Məbləğin artırıla bilən hissəsi: hərrac məbləğinin maksimum 20%-idir