BANK

26 Noyabr

İpoteka kreditlərinin məbləği ARTIB

2020-ci ilin yanvar-oktyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) agent bankları tərəfindən 207,6 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2019-cu ilin müvafiq dövrünün göstəricisindən 62,4% çoxdur.

Fins.az xəbər verir ki, bu barədə  Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb.

Məlumata görə,oktyabrda fondun agent bankları tərəfindən 27,1 milyon manat məbləğində ipoteka krediti verilib.

Mərkəzi Bankın məlumatına görə, 10 ay ərzində İKZF 109,6 milyon manat məbləğində kreditləri təkrar maliyyələşdirib ki, bu da 2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə azalma 47,2% azalıb. 

2020-ci ilin oktyabr ayında fond sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 17,8 milyon manat alıb. Ümumilikdə, ilin əvvəlindən hökumət sosial ipotekanın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən fonda 161 milyon manat ayırıb.