Azərikard adından bank kart istifadəçilərinə saxta "Azərikart" adı altında "köçürülmə/hesabdan silinmə" ilə bağlı aldadıcı sms-lər göndərilir.
Fins.az xəbər verir ki, bu barədə Azərikard məlumat yayıb
Məlumata görə, bu sms-lərin Azərikard şirkəti ilə bağlılığı yoxdur və yalnış informasiya daşıyır.
Qeyd olunur ki, vətəndaşları bu kimi sms-lərə, bilinməyən nömrələrdən gələn zənglərə qarşı ehtiyatlı olmağa çağırırıq.
Qeyd edək ki, bank kartlarınızda qarşılaşdığınız şübhəli vəziyyətlərlə bağlı müştərisi olduğunuz banka və ya Azərikard-ın müştəri xidmətlərinə -194 nömrəsinə müraciət edin.
Müəllif: Aynur Qəniyeva