BANK

14 Oktyabr

BoE: QE təsirli alətə çevrilib

İngiltərə Mərkəzi Bank (BoE) sədri Endru Beyli çərşənbə axşamı verdiyi açıqlamasında cari vəziyyətdə mənfi faizlərə siyasi alət kimi baxmadıqlarını  və imkanlarının tükənmədiyini bildirib. 

Aşağı faizlərin hökm sürdüyü dünyada istiqraz alışı proqramının (QE) önəmliyi daha çox artır. Bununla yanaşı, QE proqramına ilin əvvəlindən başlanıldığı kimi davam ediləcəksə, bu, bankın balansını da təhlükə altına qoyur. Bu səbəblə proqramın kiçildilməsi inkişaf vaxtlarında məntiqli davranışdır.