İsveç Mərkəzi Bankı Riksbank İdarə Heyətinin sədri Stefan Ingves, IIF-in illik toplantısında mərkəzləşdirilmiş rəqəmsal pula necə sahib olduqlarından danışıb.
Fins.az xəbər verir ki, Çinin mərkəzi rəqəmsal valyuta yeniliklərini qiymətləndirib.
Dünyanın ən qədim mərkəzi bankı olan İsveç Mərkəzi Bankı Riksbank, qoyduqları hədəflər və yaratdıqları hüquqi tənzimləmə nümunələri ilə mərkəzi rəqəmsal pul dünyasında öncül olmağa hazırlaşır.
Elektron kron layihəsi ilə öz mərkəzi rəqəmsal valyutasını yaratmağa çalışan Riksbank, keçən həftə Kanada, İngiltərə, Yaponiya, Avropa, İsveçrə, Fed və Beynəlxalq Hesablaşmalar Mərkəzi bankları ilə mərkəzi rəqəmsal valyutaların əsasları və prinsipləri barədə ortaq bir hesabat yayımlayıb.
Hesabatda mərkəzi banka olan kollektiv inamın pul və maliyyə sabitliyinin mərkəzində olduğu vurğulanır, eyni zamanda mərkəzi rəqəmsal valyutaya keçidlə əlaqədar yarana biləcək riskləri və imkanları qiymətləndirir və mərkəzi rəqəmsal valyutaların bu etibarı qoruyub saxlaya bilməsi üçün mərkəzi bankların diqqətli, açıq və kooperativ olmasının lazım olduğunu vurğulayır.
Müəllif: Aynur Qəniyeva