BANK

14 Oktyabr

Koreya Mərkəzi Bankı faiz dərəcəsi ilə bağlı QƏRAR VERDİ

Koreya iqtisadiyyatı yaxşılaşma və vəziyyət sayında azalma əlamətlərini qiymətləndirərək faizləri dəyişməyib. 
Fins.az xəbər verir ki, Cənubi Koreyanın Mərkəzi Bankı, koronavirusa yoluxma saylarının  azalmağa başladığının əlamətləri ilə inflyasiya və ixracatın artmağa başladığı bir mühitdə faiz dərəcəsini dəyişdirməyib.

Bloomberg illik hesabatına qatılan 21 analitikin gözləntilərinə uyğun olaraq Mərkəzi Bank yeddi günlük əks repo faizini dəyişdirmədi və yüzdə 0,5 səviyyəsində buraxdı.

Bankın faiz dərəcələrini dəyişdirməmək qərarı, hökumətin iş məhdudiyyətlərini və sosial məsafə qaydalarını yumşaltmasından sonra verilib, bu həftə ölkə daxilində 100-ə yaxın koronavirusa yoluxma halları qeydə alınıb.

Sentyabr ayında inflyasiya və ixrac məlumatlarının gözləniləndən daha yaxşı səviyyədə reallaşması da iqtisadiyyatın ən pis ssenarini geridə buraxdığına işarə edib.

Müəllif:Aynur Qəniyeva