Borc Xidmətinin təxirə salınması təşəbbüsünə daxil olan ən az inkişaf etmiş ölkələrin ümumi borc yükü 2019-cu ildə rekord səviyyədə 744 milyard dollara çatıb.
Fins.az xəbər verir ki, G20, G7 və Paris Club tərəfindən təsdiqlənən Borc Xidmətinin təxirə salınması təşəbbüsü daxil olmaqla ən az inkişaf etmiş ölkələrin ümumi borc yükü 2019-cu ildə rekord səviyyədə 744 milyard dollara çatıb.
Dünya Bankı, ölkələrin dövlət və özəl sektorlara olan borcları və gələn ilə qədər gözlənilən borc ödənişləri haqqında məlumatları əhatə edən Beynəlxalq Borc Statistikası 2021 hesabatını yayımlayıb.
Borc şəffaflığının təcili ehtiyacına cavab olaraq hesabatda, 70 illik tarixində xarici borc haqqında əvvəlkindən daha detallı və daha çox ayrılmış məlumatlar verilib.
Kovid-19 epidemiyası başlamazdan əvvəl dövlət borc səviyyələrinin onsuz da artdığını xatırladan bu vəziyyətin, xüsusən dünyanın əksər kasıb ölkələrində narahatlığa səbəb olduğu ifadə edilib.
Hesabatda G20-nin Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) çağırışına cavab olaraq Kovid-19 epidemiyasından təsirlənmiş 73 kasıb ölkəyə kömək məqsədi ilə Borc Xidmətinin dayandırılması təşəbbüsünü aprel ayında təsdiqlədiyi xatırlanıb.
Dünya Bankı hesabatında, Borc Xidmətinin təxirə salınması təşəbbüsü çərçivəsində ölkələrin ümumi xarici borcunun 2019-cu ildə əvvəlki ilə nisbətən yüzdə 9,5 artaraq 744 milyard dollara çatdığı qeyd edilib.
Müəllif: Aynur Qəniyeva