BANK

12 Oktyabr

Mərkəzi Bank rəsmisi:Yaz aylarında rəqəmsal valyuta sınaqlarına başlanılayacaq

Yaponiya Mərkəzi Bankıının (BoJ) sədri Harihuko Kuroda, BoJ-nin rəqəmsal valyuta (CBDC) testlərinə yazda başlayacağını açıqlayıb.
Beynəlxalq Maliyyə İnstitutunun 2020-ci il iclasında çıxış edən Yaponiya Mərkəzi Bankının Başçısı Haruhiko Kuroda, "Mərkəzi Bank keçən İyul ayında rəqəmsal valyuta qrupu qurdu" deyib və "Yaponiya Bankı gələn ilin yazında rəqəmsal valyuta testlərinə başlayacaq" -deyə qeyd edib.

Kuroda bundan başqa rəqəmsal valyutaların özəl ödəmə sistemləri sektoruna zərər vermədən inkişaf etdirilməli olduğunu da qeyd edib."Rəqəmsal valyutaların özəl sektorun ödəmə xidməti təminatçılarını aradan qaldırmaması lazım olduğunu" deyən Kuroda,bildirib ki, hər iki sektorun davamlılığını təmin etməliyik.

Buna görə, bu testlər mümkün rəqəmsal mübadilə üçün tələb və prinsipləri müəyyənləşdirmək məqsədi daşıyacaq.

Keçən həftə Cənubi Koreyanın mərkəzi bankı da 2021-ci il ərzində CBDC təcrübələrini aparacağını açıqlamışdı.

Çində hazırda rəqəmsal yuan üçün hərtərəfli testlər aparılır. Çin Bankı (PBOC) sədrinin müavini bu həftə sonu rəqəmsal yuanın satışının sürətləndiriləcəyini bildirib.

 

Müəllif:Aynur Qəniyeva