BANK

12 Oktyabr

Kredit ödənişləri ilə bağlı məhkəmə müraciətləri barədə vəkildən  AÇIQLAMA

Kredit ödənişləri ilə bağlı məhkəmələrə müraciətlərin sayında sentyabr ayı ərzində azalma müşahidə edilib.

Fins.az xəbər verir ki, bu barədə vəkil Roman Qaraşov məlumat verib.

Məlumata görə o bildirib ki, bu azalma bankların pandemiya ilə əlaqədar kredit götürənlərə güzəştlər tətbiq etməsi ilə bağlıdır.

 Qeyd edək ki, cari ilin 25 aprel tarixində Azərbaycan Mərkəzi Bankı (AMB) koronavirus pandemiyası şəraitində əhalinin və biznesin dəstəklənməsi istiqamətində əlavə tədbirlər barədə qərar qəbul edib.Qərara əsasən banklara kredit borcları ilə bağlı müştərilərə güzəştlər tətbiq etmək tövsiyyə edilib. 

Müəllif:Aynur Qəniyeva