BANK

12 Oktyabr

Embafinans-dan orduya dəstək!!!

Azərbaycan torpaqları uğrunda gedən mübarizə davam edir. İşğal altında olan torpaqlarımızın tarixi sahiblərinə qaytarılması uğrunda gedən döyüşlərdə ordumuzun göstərdiyi fədakarlıq və mərdlik hər bir Azərbaycanlının qürur mənbəyidir. Azərbaycanın rəşadətli ordusu vətəndaşların təhlükəsizliyini qorumaq və işğal altındakı torpaqlarını azad etmək üçün əks-hücum əməliyyatlarına başlayıb və uğurla davam edir.

Allah bütün əsgərlərimizin üstündə olsun!

Xalqımız üçün çətin olan bu günlərdə Embafinans ailəsi rəşadətli ordumuzun dəstəyi üçün əlindən gələni əsirgəmir.

BOKT Embafinans QSC Azərbaycan Respublikası Silahlı Qüvvələrə Yardım Fonduna 50.000 AZN ianə edib və əlavə olaraq cəbhə xəttində vuruşan ordumuza təsərrüfat, geyim və gigiyena məhsullarını da göndərdi. Məhsullar birbaşa olaraq cəbhə bölgəsində yerləşən hərbi hissələrə təhvil verilib.

Həmrəyliyi və vətən sevgisi ilə bütün dünyaya səs salan Azərbaycan xalqı bu çətin günlərdə ordumuza xüsusi dəstək göstərir. Əminik ki, Embafinans kimi bütün şirkətlər də, bu cür yardım kampaniyaları keçirdib bu çətin günlərdə əsgərlərimizin yanında olacaq!

Torpaqlar uğrunda canını belə əsirgəməyən ordumuza hər birimiz dəstək olaq! Qələbə bizimlədir! Qarabağ Azərbaycandır!