BANK

08 Oktyabr

Mərkəzi banklar və qızıl ehtiyatları

“Kitco News”-un verdiyi məlumata görə, mərkəzi banklar 2021-ci ildə ölkələrin ehtiyatları üçün qızıl alışlarını davam etdirəcəklər. Gələcək alışların həcmi cari ilin nəticələrindən çox ola bilər. 

Dünyanın müxtəlif ölkələrinin mərkəzi bankları tərəfindən rəsmi olaraq qızıl alışı 2018 və 2019-cu illərdə müvafiq olaraq 656 ton və 667 ton təşkil edib. Bunlar rekord həcmlər idi. Proqnoza görə, 2020-ci ilin sonuna xalis alışların həcmi yalnız 375 ton təşkil edəcək ki, bu da son on ilin ən aşağı həcmi olacaq. 

Lakin gələn il analitiklər mərkəzi banklardan sarı qiymətli metal alışlarında artım proqnozlaşdırırlar. Onların hesablamalarına görə, bu cür alışların həcmi 450 ton olmalıdır. Bunu onunla əlaqələndirmək olar ki, mərkəzi banklar ABŞ dollarına olan asılılığı qızılla azaltmağa çalışırlar. 

Analitiklər Rusiya Mərkəzi Bankının bu il ölkəsinin qızıl ehtiyatlarını yığmağı birdən dayandırdıqdan sonra gələn il yenidən qızıl bazarına qayıdacağını ehtimal edirlər. Çin də uzun müddətdir sarı qiymətli metalın rəsmi alışı barədə məlumat vermir. Çox güman ki, Çin də ABŞ-dakı prezident seçkilərindən sonra qızıl ehtiyatlarını yığmağa davam edəcək.