BANK

07 Oktyabr

DB: Ortamüddətli perspektivdə Azərbaycanda inflyasiya hədəf diapazonundan aşağı olacaq

Dünya Bankı (DB) Azərbaycanda ortamüddətli perspektivdə inflyasiya səviyyəsinin Azərbaycan Mərkəzi Bankının (AMB) təyin etdiyi hədəf dəhlizinin altında olacağını proqnozlaşdırır.

Fins.az-ın Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə dərc olunmuş yenilənmiş hesabatında qeyd olunub ki, bu il ölkədə istehlak qiymətləri 3,3%, 2021-ci ildə isə 2,9% artacaq. Bankın proqnozuna əsasən, tədricən bərpa olunan iqtisadiyyat və azalmış tələb bu proqnoz üçün zəmin yaradır. 2022-ci ilin proqnozuna görə, Azərbaycanda inflyasiya 2,8% təşkil edəcək.

Qeyd edək ki, sentyabr ayında AMB-nin İdarə Heyəti uçot dərəcəsinin 6,75%-dən 6,5%-ə endirib və bu qərar inflyasiyanı hədəf çərçivəsində saxlamaqla (4±2%) məcmu tələbin dəstəklənməsinə və bununla da bərpa prosesinin sürətləndirilməsinə yönəldilib. AMB-nin sentyabr proqnozuna əsasən, 2020-ci ilin sonuna Azərbaycanda inflyasiya 3-3,2% diapazonunda gözlənilir ki, bu da hədəf diapazonunun mərkəzindən aşağıdır.

© APA