BANK

06 Oktyabr

Mərkəzi Bank Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə birgə vebinar keçirib

 Mərkəzi Bank və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən müvafiq olaraq “DƏYDR-in sahibkarlıq fəaliyyətində rolu” və “KOBİA və KOB Dostu xidmətinin fəaliyyəti” mövzularında vebinar keçirilib. 

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb 

Məlimata görə, sahibkarların iştirakı ilə keçirilən görüşdə DƏYDR-in mahiyyəti, təminat predmeti olan daşınar əmlaklar, daşınar əmlakı girov qoyaraq kreditin əldə olunması imkanları, müraciət prosedurunun asanlığı barədə məlumatlar tədbir iştirakçılarının nəzərinə çatdırıldı və informasiya resursunun üstün cəhətləri nümayiş etdirilərək geniş fikir mübadiləsi aparıldı. Eyni zamanda KOS subyektlərinin diqqətinə çatdırıldı ki, DƏYDR-dən aktiv istifadəni təşviq etmək məqsədilə xidmət haqqların əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilmişdir.


Vebinarda KOBİA tərəfindən kiçik və orta sahibkarlığın yaradılması və inkişafının bütün mərhələlərində göstərilən dəstək tədbirləri barədə ətraflı məlumat sahibkarların diqqətinə çatdırıldı. Güzəştli maliyyə mənbələrinə çıxışın asanlaşdırılması, davamlı təlim sisteminin yaradılması, yeni ideya və innovasiyaların biznesə inteqrasiyası, sahibkarların maraqlarının müdafiəsi və digər istiqamətlər üzrə müzakirələr aparıldı.

Ölkədə əhalinin və biznes subyetklərinin maliyyə resurslarına çıxışının asanlaşdırılması və yeni maliyyə alətlərindən geniş istifadənin təmin edilməsi məqsədilə Mərkəzi Bank tərəfindən bu mövzuda müvafiq görüşlərin davamlı olaraq keçirilməsi planlaşdırılır.

Müəllif:Aynur Qəniyeva