Bu ilin iyunun 16-dan oktyabrın 5-dək Azərbaycan Beynəlxalq Bankı tərəfindən ləğv prosesində olan "AGBank" və "NBCBank"ın əmanətçilərinə 193,9 mln. manatdan çox kompensasiya ödənilib.
Əmanətlərin Sığortalaması Fondundan verilən məlumata görə, "AGBank" üzrə 4 178 əmanətçiyə 79,87 mln. manat, "NBCBank" üzrə isə 3 959 əmanətçiyə 114,04 mln. manat kompensasiya verilib.
İyunun 1-dən oktyabrın 5-dək "Kapital Bank" tərəfindən ləğv prosesində olan "Amrahbank" və "Atabank"ın əmanətçilərinə 345,91 mln. manatdan çox kompensasiya ödənilib.
Qeyd olunan müddət ərzində "Amrahbank" üzrə 5 581 əmanətçiyə ödənilən məbləğ 132,60 mln. manat, "Atabank" üzrə isə 9 208 əmanətçiyə 213,30 mln. manat kompensasiya verilib.
Ümumilikdə, oktyabrın 5-nə ləğv prosesində olan 4 bank üzrə 22 926 əmanətçiyə 539,83 mln. manatdan çox kompensasiya ödənilib.