Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbəti iclasları keçirilmişdir.
Fins.az xəbər verir ki,iclas zamanı bankların Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürmələri və digər əlaqədar məsələlər müzakirə edilmişdir.
Qeyd edək ki, ABA 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını təmsil etmək, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.