BANK

06 Oktyabr

Qırğızıstan Milli Bankı kommersiya banklarına fəaliyyətlərini dayandırmağı tövsiyə edib

Qırğızıstan Milli Bankı, kommersiya banklarına aktivləri qorumaq üçün müvəqqəti olaraq işlərini dayandırmağı və təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə etdi.

"Ölkənin maliyyə və bank sektorunun təhlükəsizliyini və maliyyə və kredit təşkilatlarının aktivlərinin təhlükəsizliyini təmin etmək üçün Qırğızıstan Milli Bankı, kommersiya banklarına və bank olmayan maliyyə təşkilatlarına 6 oktyabr tarixindən etibarən fəaliyyətlərini dayandırmağı və təhlükəsizlik tədbirlərini gücləndirməyi tövsiyə edir" dedi.

Fins.az xəbər verir ki, Bankdan bildirilir ki,maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı hər hansı bir sualınız olarsa, Milli Bank onlayn xidmətlər vasitəsilə maliyyə qurumları ilə əlaqə qurmağı tövsiyə edir.

Bildirilir ki, Milli Bank vəziyyəti izləyir və zərurət yaranarsa, ölkənin maliyyə və bank sisteminin sabitliyini və təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək

Müəllif:Aynur Qəniyeva