BANK

06 Oktyabr

Fitch Ermənistanı "BB-" dən "B +" səviyyəsinə endirib

Beynəlxalq reytinq agentliyi Fitch, Ermənistanın xarici və milli valyutada uzunmüddətli emitent defolt dərəcələrini (IDR) "BB-" dən "B +" səviyyəsinə endirib.

Fins.az interfax-a istinadən xəbər verir ki, reytinqlər "sabit" dir.

Ermənistanın qısamüddətli IDR-ləri 'B' səviyyəsində təsdiqlənib, ölkənin reytinq dərəcəsi 'BB' səviyyəsindən 'BB -' səviyyəsinə endirilib.

Təqvimə uyğun olaraq agentlik oktyabrın 2-də Ermənistanın reytinqləri ilə bağlı növbəti icmalını dərc etməli idi, lakin ölkənin reytinqində Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nəzərə alınması zərurəti üzündən nəşrini təxirə salmaq məcburiyyətində qalıb