BANK

05 Oktyabr

Deutsche: İstiqraz treyderlərimiz Wall Streetin banklarından daha UĞURLUDUR

Deutsche Bank, istiqraz treyderlərinin ticarət əməliyyatlarında Wall Street banklarında  daha uğurlu olduğunu bildirib.

Fins.az xəbər verir ki, Deutsche Bank AG, öz istiqraz alverçilərinin Wall Street-dəki rəqiblərinin performansını yaxalamaq və ya üstələmək yolunda olduğunu və bazar aktivliyinin keçən ilin sonunda olduğu kimi  davam etdiyi üçün ardıcıl dördüncü rüb ərzində gəlirlərini artıracağını qeyd edib. 

Bankın investorlarla əlaqələr şöbəsinin rəhbəri James Rivett, son analitik iclasında Deutsche-nin üçüncü rübdə ticarət gəlirlərinin Wall Street banklarının yüzdə 12 artım proqnozu səviyyəsində və ya daha çox olduğunu bidirib.Bu performansa istiqraz qiymətləndirmə düzəlişləri və keçən ilin üçüncü rübündə gəliri 99 milyon avro azaldan Tradeweb effekti daxil deyil.

Wall Streetdəki digər banklar kimi, Deutsche-nin ticarət fəaliyyəti də keçən ilin sonunda başlayan və bazarda pandemiyaya əsaslanan dəyişkənlik ilə güclənən ticarət artımından faydalanıb.CEO Christian Sewing, digər vahidlərin gözlənilən tempdə böyüməməsinə baxmayaraq, bazardakı əlverişli inkişafların təsiri ilə gəlir hədəflərinə sadiq qalıb.

Bu yaxınlarda 2022 gəlir hədəfini təsdiqləyən Deutsche Bank, əsas səbəb olaraq investisiya bankçılığında gözləniləndən daha sürətli böyüməni göstərir.

 2022-ci ildə bank gəlirlərini 24,5 milyard avroya çatdırmaq istəyir. Analitiklər bu barədə şübhəlidirlər. 

Müəllif:Aynur Qəniyeva