BANK

01 Oktyabr

Dollar ucuzlaşa bilər

ABŞ dolları yaxın gələcəkdə kəskin ucuzlaşa bilər. Bu barədə “Morgan Stanley Asia”nın baş iqtisadçısı və Yel Universitetinin elmi əməkdaşı Stiven Rauç məlumat verib.

Ekspert real məzənnə may-avqust ayları arasında 4,3% azaldığını bildiri və 2021-ci ilin sonuna qədər dolların 35% düşəcəyini hesab edir və bunun əsas üç səbəbini göstərir.

Onun sözlərinə görə, birinci səbəb ABŞ-da makroiqtisadi tarazlığın kəskin artması, ikinci səbəb avro və yuan kimi alternativ valyutaların rolunun artması, üçüncü səbəb isə “Amerika müstəsnalığının xüsusi aurasının yox olması”dır.

Stiven Rauç əlavə olaraq qeyd edib ki, ABŞ iqtisadiyyatındakı balanssızlığın kəskin artmasına daxili əmanətlərin həcminin rekord dərəcədə düşməsi səbəb olur.