31 avqust 2020-ci il tarixinə Azərbaycanda bankların ümumi kapitallaşması 4 milyard 714,4 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
Məlumata görə bu göstərici üzrə ötən ilin müvafiq dövrü ilə müqaisədə 2,9% artım müşahidə edilib.
Qeyd olunur ki, Bankların 2020-ci ilin avqust ayının sonunda öhdəlikləri 26 milyard 351,5 milyon manatdır. Bu göstərici üzrə azalma 6,4% təşkil edib.
Bildirilir ki, xüsusilə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəlikləri 382 milyon manat olaraq qiymətləndirilir.