Azərbayacan Mərkəzi Bankı Ani ödənişlər sistemini istifadəyə verib. İstifadəçilər iştirakçı bankların sistemə inteqrasiya olunmuş internet və mobil bankçılıq xidmətlərindən istifadə etməklə, eləcə də müvafiq bank bölmələrinə müraciət edərək AÖS üzrə qeyd olunan əməliyyatları həyata keçirə bilərlər.
Məlumata görə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi, “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Kapital Bank” ASC , “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Premium Bank” ASC, “Muğanbank” ASC, “Bank Avrasiya” ASC, “Expressbank” ASC, “AFB Bank” ASC, “Günay Bank” ASC, “Naxçıvanbank” ASC, “Ziraat Bank Azərbaycan” ASC və “Melli İran Bankı” Bakı filialı AÖS-ə inteqrasiya olunmuşdur. AÖS üzrə xidmətlər “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Unibank” KB ASC, “Yapı Kredi Bank Azərbaycan” QSC, “Expressbank” ASC tərəfindən filial şəbəkəsi, habelə internet və mobil bankçılıq vasitəsilə, digər banklar tərəfindən isə ilkin mərhələ üçün yalnız filial şəbəkəsi vasitəsilə göstərilir.