BANK

01 Oktyabr

FED bankların dividend və səhm geri alışı ilə bağlı məhdudiyyətləri uzadır

ABŞ Federal Ehtiyat Sistemi (Fed), ölkənin ən böyük banklarının yeni növ koronavirus (Kovid-19) epidemiyasının səbəb olduğu iqtisadi qeyri-müəyyənlik səbəbindən səhmlərin geri alınması və dividend ödənişləri ilə bağlı məhdudiyyətləri ilin sonuna qədər uzatdığını bildirilib.

Fins.az xəbər verir ki, FED tərəfindən edilən açıqlamada, Kovid-19 epidemiyasının səbəb olduğu davam edən iqtisadi qeyri-müəyyənlik səbəbindən, böyük bankların yüksək kapital elastikliyini təmin etməsi üçün yeni tədbirlərin alındığı ifadə edilib.

Bu çərçivədə, cari aktivləri 100 milyard dollardan çox olan banklar üçün əvvəlcədən bu ilin üçüncü rübündə tətbiq edilməsi nəzərdə tutulan səhmlərin geri alınmasına qoyulan məhdudiyyətlərin dördüncü rübün sonuna qədər uzandığı qeyd edilib.

Açıqlamada dividend ödənişlərinin məhdudlaşdırılacağı və son gəlirlərə əsaslanan bir düsturla əlaqələndiriləcəyi bildirilib.

Açıqlamada iri banklar üçün ikinci bir stress testinin aparılacağı və nəticələrin ilin sonunda açıqlanacağı bildirilib.

İyun ayında FED, stresslə sınaqdan keçirildiyi ən böyük Amerika banklarının bu ilin üçüncü rübündə səhmlərin geri alınmasını dayandırması və dividend ödənişlərini məhdudlaşdırması lazım olduğunu bildirib. 

Müəllif:Aynur Qəniyeva