BANK

01 Oktyabr

Kapital Bank səhmdarlarına dividend ödəyəcək

Məlumat üçün bildiririk ki, hər ilin maliyyə göstəricilərinin yekunlarına əsasən Kapital Bank səhmdarlarına əldə etdiyi mənfəətdən dividendlər ödəyir. 2020-ci il ərzində də Kapital Bank 2019-cu ilin mənfəətinə əsasən səhmdarlarına dividendlər ödəyib.

Kapital Bank dividendlərin növbəti hissəsinin 2021-ci ilin yanvar ayında ödənilməsi ilə bağlı Səhmdarlarının Ümumi Yığıncağının iclasıni çağırır. Bununla əlaqədar səhmdarlar, qeyd olunan vaxtda əvvəlki qaydada bankın filiallarına müraciət edə bilərlər.

Qeyd edək ki, Kapital Bank-ın səhmlərinin 99,87%-i Paşa Holdinq-ə, 0,13%-i isə fiziki şəxslərə aiddir. Bankın nizamnamə kapitalı 245,8 mln. AZN-dir. Hazırda Kapital Bank Azərbaycanda ən böyük xidmət şəbəkəsinə malik maliyyə qurumudur.