Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikasının Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.
Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Ölkəmizin üçün çətin keçən bu günlərdə Embafinans Azərbaycan Xalqının və əsgərlərinin daima yanındadır. Cəmiyyətimiz ölkədə fəaliyyət göstərən digər şirkətləri də həmrəy olmaq və ordumuzu dəstəkləməyə çağırır.
Birliyimiz və Vətənpərvərliyimiz ilə nümunə ola bilən Azərbaycan Xalqı bu çətin sınaqlardan da baş ucalığı ilə çıxacaqdır. Zəfər bizimlə olacaq!!!
Qeyd edək ki, Əsası 2012-ci ildə qoyulan və həmin ildən fəaliyyətə başlayan “EmbaFinans” QSC müxtəlif növ kreditlərin verilməsi xidmətini göstərir və zamanla bu xidmətlərin siyahısını genişləndirməyi qarşısına məqsəd qoymuşdur. EmbaFinans bütün ölkə ərazisində təmsil olunur