Aşağı inflyasiya Avropa Mərkəzi Bankı (AMB) üçün önəmli maneədir, deyə sədr Kristin Laqard "Monetar və Maliyyə Stabilliyi İnstitutu" tərəfindən təşkil edilən konfransda çıxışı zamanı deyib.
İnflyasiya gözləntilərini qorumaq üçün ictimaiyyət üçün balanslı olmasından əmin olmağın önəmliyini vurğulayan sədr, yeni monetar strategiyanın yoxlanış mərhələsində olduğunu deyib.
İnflyasiya hədəflərinə nail olunmaması inflyasiya gözləntilərinə də təsir edir və daha təsirli təcrübə tələb edir. Hədəflərə çatmaq üçün isə siyasətdə lazım olduğu qədər ekspansiv qalmaq lazımdır.
Bununla yanaşı, aşağı inflyasiya səviyyələrində bankın imkan və alətləri haqqında aydın qərar olmalıdır. Bu qərarı hökümətlər şurası verməlidir və ictimaiyyət tərəfindən qəbul edilməlidir. Laqard onu da əlavə edib ki, inflyasiya konseptləri, xüsusilə də şəxsi mənzillərin haqqında ölçü vahidləri göz qarşısından saxlanılmalıdır.
2020-ci ilin mart ayından atılan monetar addımlara də toxunan AMB sədri, bunun 2020 və 2022-ci illər ərzində inflyasiyanın 0.8 və inkişafın səviyyəsinin 1.3% artmasına səbəb olacağını da deyib.
İnflyasiya tədbirləri daha çox iqtisadi durğunluğa müsbət təsir edir və inflyasiyanı orta müddətli perspektivdə daha yaxşı proqnozlaşdırmağa əsas verir. "Make-up" strategiyası pul-kredit siyasətinin gücünü artırır və iqtisadiyyat diblərinə çatanda stabilləşdirə bilir.