Xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,6 milyon manat təşkil edib.
Fins.az xəbər verir ki,"İxrac İcmalı”nda məlumat verilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranan vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib, mart ayından başlayaraq bu sahədə azalmaya səbəb olub.
Qeyd olunur ki,bunun nəticəsində 2020-ci ilin avqust ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 25,6 milyon manat təşkil edib. 2020-ci ilin yanvar-avqust aylarında isə əcnəbilər bank kartları vasitəsi ilə 328,3 milyon manatlıq əməliyyat aparıb.
Müəllif:Aynur Qəniyeva