BANK

30 Sentyabr

JP Morgan, manipulyasiya araşdırmalarına görə 920 milyon dollar ödəməlidir

JP Morgan Chase, qiymətli metalların və xəzinənin fyuçers bazarlarında manipulyasiya ilə bağlı istintaqından sonra çıxarılmış qərarla 920 milyon dollar cərimə ödəyəcək.
Beynəlxalq bankçılıq və maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən JP Morgan Chase, qiymətli metalların və xəzinə fyuçers bazarlarının manipulyasiyasına dair araşdırmaları yayımlamağa razılaşıb və 920 milyon dollar ödəməyi qəbul edib.

ABŞ Əmtəə Fyuçersləri Ticarət Komissiyasının (CFTC) Komissarı Dan Berkovitz tərəfindən edilən açıqlamada, JP Morgan-ın ödəməyə razı olduğu məbləğin komissiya tarixində ən böyük pul razılaşması olduğu qeyd edilib.

Açıqlamada, JP Morgan'ın qiymətli metalların və xəzinənin fyuçers bazarlarının manipulyasiyasına dair araşdırmalarda konsensus əldə etmək üçün 920 milyon dollar ödəyəcəyi bildirililib.
Beləliklə, Ədliyyə Nazirliyi, CFTC və Qiymətli Kağızlar və Birja Komissiyası tərəfindən manipulyasiya iddialarının araşdırılması barədə ortaq məxrəcə gələcək.

JP Morgan Chase rəhbərləri, qızıl, platin və gümüş kimi qiymətli metallarda və xəzinə fyuçers bazarlarında 2008-2016-cı illər arasında qiymətləri manipulyasiya etməkdə günahlandırılırdı.

Müəllif:Aynur Qəniyeva