BANK

29 Sentyabr

Rubl kəskin UCUZLAŞIB

Rusiya rublunun ucuzlaşması bu gün də davam edib.

Fins.az xəbər verir ki, bu gün Moskva birjasında 1 avro 92 rubla qalxıb. Bu, 2016-cı ilin yanvarından sonra ən yüksək göstəricidir.

Mərkəzi bankın sabaha elan etdiyi məzənnədə də dolların kursu daha 64 qəpik qalxıb və 78,85 rubla çatıb.

Ekspertlərin qənaətinə görə, hazırda rublun kəskin ucuzlaşmasının səbəbi Rusiya iqtisadiyyatına artan xarici təzyiqlər, koronavirus pandemiyasının ikinci dalğası və Aleksey Navalnıya görə əlavə sanksiya tətbiqi haqda müzakirələrdir.

(c)axar