BANK

28 Sentyabr

Avropa Mərkəzi Bankının rəsmisi:Güclü avro narahatlıq doğurur

Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü İgnazio Visko, koronavirusla mübarizədə əldə olunan irəliləyişin iqtisadiyyatı dəstəkləyici xarakter daşımayacağını deyib.
Avropa Mərkəzi Bankının (ECB) İdarə Heyətinin üzvü və İtaliya Mərkəzi Bankının sədri Ignazio Visco, koronavirusla mübarizədəki irəliləyişlərin iqtisadiyyatı dəstəkləyə biləcəyinə inanmadığını bildirib.

"Mən müsbət sürprizlərə inanmıram" deyən Visco, İtaliyanın Trento şəhərində iqtisadi konfransda təqdimatında "İstehsal və paylama ilə bağlı problemlərlə qarşılaşa bilərik" peyvənd tapma ehtimalının iqtisadiyyatdakı qeyri-müəyyənliyi azaltmayacağına da diqqət çəkib.
Hələlik Visco, maliyyə stimul paketlərinin istehlakı dəstəklədiyini və İtaliya kimi ölkələrdə deflyasiya riskini azaltdığını söyləyərək, "artan dövlət xərclərinin şok iqtisadiyyatların davamlılığı üçün vacib olduğunu" bildirib.

Son zamanlarda möhkəmlənən avronun qiymətləri aşağı salacağı üçün narahat olduğunu vurğulayan Visco, bu qiymət sabitliyini təhdid edərsə, Avropa Mərkəzi Bankının (ECB) müdaxilə etməsi lazım olduğunu deyib.

Müəllif:Aynur Qəniyeva