Avropa Birliyi (AB) Komissiyası, xidmət təminatçılarının kripto aktivləri üçün yerli hakimiyyət orqanlarından icazə almasını və AB ölkələrində ofis açmasını tələb edən tənzimləmə təklifi verib
AB Komissiyası sədri Valdis Dombrovskis, kripto aktivləri üçün tənzimləmə təklifi layihəsini açıqlayıb.
Təklifdə görə, kripto aktivləri üçün xidmətlər göstərən platformalar, əməliyyatlar aparmaq üçün fiziki olaraq AB ölkələrində olmaları qeyd olunub. Bu müəssisələrin yerləşdikləri AB ölkəsində fəaliyyət göstərmək üçün müvafiq yerli qurumlardan icazə almaları lazımdır. Bu platformalar kapital tələbləri və idarəetmə strukturları qaydalarına uyğun olacaq.
Kriptovalyuta şirkətləri müştəri sərvətlərini və kapital aktivlərini ayırmaq məcburiyyətində qalacaqlar. Bu platformalarda kifayət qədər informasiya texnologiyalarına sahib olmaq və kripto aktivlərini kiber oğurluq riskindən qorumaq lazımdır.
Kripto aktivləri üçün xidmət təminatçıları lazımi mexanizmlərlə bazar istismarının qarşısını alacaqlar. Kripto aktivlərini hazırlayanlar məsuliyyətləri və əlaqəli risklər haqqında məlumatları açıq şəkildə paylaşacaqlar.
AB üzv bir ölkədən icazə almış kripto aktiv xidmət təminatçısı, "AB Pasportu" adlı səlahiyyət sahibi ilə digər üzv ölkələrdə işləyə biləcək.
Kripto aktivləri Avropa Bank Təşkilatı tərəfindən yoxlanılacaq. Beləliklə, tənzimləmə ilə kripto aktivləri maliyyə xidmətləri çərçivəsində tənzimlənəcəkdir.
Tənzimlənmənin qüvvəyə minməsi üçün AB üzvü dövlətlərin və Avropa Parlamentinin (AP) təsdiqlənməsi lazımdır.
Müəllif:Aynur Qəniyeva