Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB), sentyabr siyasət toplantısından sonra faiz qərarını açıqlayıb
Mərkəzi Bank siyasət nisbətini 200 baz balı artıraraq 10,25-%ə çatdırıb. Bazar gözləntisi faiz nisbətlərinin dəyişdirilməyəcəyi, ancaq orta ağırlıqlı maliyyələşdirmə xərclərinin artırıla biləcəyi idi.
Hal-hazırda bir həftəlik repo hərraclarının nisbəti 10,25%, Mərkəzi Bankın kredit nisbətləri 11,75,%, gecikmiş likvidlik pəncərəsi (GLP) nisbəti isə 13,25% səviyyəsinə yüksəlib.
Mərkəzi Bankın veb saytında yayımlanan mətnində, üçüncü rübdə qlobal iqtisadiyyatda qismən canlanma əlamətlərinə baxmayaraq, bərpa ilə əlaqədar qeyri-müəyyənliklərin davam etdiyi bildirilib.