BANK

24 Sentyabr

Avropa Mərkəzi Bankı banklara daha ucuz vəsait verməyə hazırlaşır

Avropa Mərkəzi Bankı, borc vermək üçün Avrozonadakı banklara daha çox ultra ucuz vəsait ayırmağa hazırlaşır
Fins.az xəbər verir ki,Avropa Mərkəzi Bankı (ECB), pandemiyadan təsirlənmiş iqtisadiyyata borc vermək üçün Avrozonadakı banklara mümkün bütün imkanları təmin edərək banklar yeni son dərəcə ucuz vəsait təmini üçün  fond yaradırlar.

Cümə axşamı TLTRO olaraq bilinən hədəfli kredit turu, banklara mənfi  1%-ə qədər faiz dərəcəsi ilə uzunmüddətli kreditlər verəcək. Bu o deməkdir ki, ECB şirkətlərə və istehlakçılara borc vermək üçün borc götürdükləri müddətdə banklara pul ödəyəcək.

Təklif cəlbedici olsa da, banklar üç ay əvvəlki 1,3 trilyon avroluq əməliyyatdan artıq yaxşı maliyyələşiblər. Bu dəfə təxminlər 10 milyard Avrodan (Barclays Plc) 200 milyard Avroya (NatWest Markets Plc) qədərdir. Nəticələr 11.30-da Almaniyada elan ediləcək.

TLTRO, banklar üçün mənfi  0,5 % rəsmi siyasət nisbətini çox kompensasiya etdiyi üçün ECB'nin ən vacib vasitələrindən biri halına gəlib. Kârlılığı azaldan və borc vermənin qarşısını ala bilən siyasət faizi, bankların depozitlərinin dəyərini təşkil edir.

Müəllif:Aynur Qəniyeva