Westpac Banking Corp. çirkli pulların yuyulmasına qarşı qanunvericiliyi pozduğu üçün tənzimləyicilərin iddialarına görə Avstraliya korporativ tarixindəki ən böyük cəriməni ödəyəcək.
Fins.az xəbər veir ki,cərimə 1,3 milyard Avro (920 milyon dollar) olacaq, Westpac bu halda potensial ödənişlər üçün yalnız 900 milyon dollar ayırıb. Cərimənin məbləği, eyni zamanda başqa bir Avstraliya bankı - Avstraliya Birlik Bankı - 2018-ci ildə oxşar bir halda ödədiyi 700 milyon dolları təqribən ikiqat artıqdır
Ötən ilin sonunda Avstraliya Əməliyyat Hesabatları və Analiz Mərkəzi (AUSTRAC) 2013-2019-cu illər arasında 23 milyondan çox çirkli pulların yuyulmasına və terrorla mübarizə qanunvericiliyinin pozulmasına dair məlumat verdiyini bildirib.
AUSTRAC-a görə, bank tənzimləyicilərə, Cənub-Şərqi Asiyada, xüsusən Filippinlərdə uşaq istismarı ilə əlaqəli ola biləcək köçürmələr daxil olmaqla ümumi dəyəri 11 milyard ABŞ dolları olan şübhəli beynəlxalq köçürmələr barədə vaxtında məlumat verə bilməyib.
Müəllif:Aynur Qəniyeva