Rusiyanın ən böyük texnologiya şirkəti Yandex, ölkənin qabaqcıl özəl banklarından biri olan Tinkoff-u təxminən 5,5 milyard dollara satın almağa hazırlaşır.
Fins.az xəbər verior ki, bu barədə "TASS" məlumat yayımlayıb
Məlumata görə, bankın satışı üçün Yandex ilə prinsipdə razılaşma təmin edilib.
Razılaşmaya görə, Tinkoff-un bir səhmi 27,64 dollardan olmaqla cəmi təxminən 5,5 milyard dollara 100% Yandex-ə satışı nəzərdə tutulur.
Tinkoff bankının qurucusu və sahiblərindən, eyni zamanda bir müddətdir qan xərçəngindən müalicə olunan Oleg Tinkov, sosial media üzərindən etdiyi açıqlamada, "Bu bir satış deyil, birləşmədir. Yandex ilə birlikdə ölkənin ən böyük texnologiya şirkətləriyik və bu böyük bir sinerji yaranacaq", - şərhini edib.
Yandex ilə Tinkoff arasındakı razılaşmanın mətbuatda əks olunmasının ardından Yandex-in səhmləri Moskva Birjasında 8,5% səviyyəsində, NASDAQ birjasında isə 9%-ə yaxın dəyər qazanıb.