BANK

23 Sentyabr

"PAŞA Bank" müştərisi olan “AzerGold” QSC-yə aid istiqrazlar Bakı Fond Birjasında tədavülə buraxılır

"PAŞA Bank" müştərisi olan “AzerGold” QSC-yə aid istiqrazlar Bakı Fond Birjasında tədavülə buraxılır. Ölkə iqtisadiyyatı üçün əlamətdar olan bu hadisə xüsusi mərasim ilə qeyd ediləcək. Mərasimə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və emitent “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Cəmiyyətin Daşkəsən rayonunda yerləşən “Çovdar” mədənindən, “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin Direktoru Ceyhun Hacıyev və “PAŞA Bank” ASC-nin Baş icraçı direktoru Taleh Kazımov Bakı şəhərindən birbaşa canlı bağlantı vasitəsilə qoşulacaqlar.

“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin anderrayterliyi ilə, ümumi dəyəri 20 000 000 (iyirmi milyon) ABŞ dolları olan və birinci tranş üzrə 10 000 000 (on milyon) ABŞ dolları həcmində buraxılan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.
24 sentyabr saat 10:25-də baş tutacaq “Açılış zəngi” mərasimini canlı izləmək üçün keçid: //bit.ly/2FRg2v6