Ölkənin aparıcı korporativ bankı olan PAŞA Bank COVİD-19 pandemiyasından zərər çəkmiş bizneslərə dəstək üçün bir çox daxili proqramlarla yanaşı, biznesləri dəstəkləməyə yönəlmiş bütün əsas dövlət proqramlarının əsas iştirakçılarından biridir. İyul ayının əvvəlindən Bank sahibkarlığın inkişafına dövlətin zəmanətli krediti və subsidiya dəstəyi proqramına qoşularaq pandemiyadan zərər çəkmiş bizneslərə dövlət zəmanətli biznes kreditlərini yeni, onlayn proses vasitəsi ilə verilməsinə davam edir.
Prosesin maksimum avtomatlaşdırılması sayəsində bütün sənəd və məlumatlar təqdim edildikdən sonra qərar müştəriyə cəmi 2 iş günü ərzində bildirilir.
Kiçik və orta sahibkarlar 200.000 manatadək biznes kreditlərini illik 7.5% ilə, tamamilə onlayn şəkildə banka gəlmədən və növbə gözləmədən əldə edə bilərlər.
Qeyd edək ki, Sahibkarlığın İnkişafı Fondunun dəstəyi ilə verilən biznes kreditinin əldə olunma qaydaları da çox sadədir:
-Girov tələb olunmur
-Qəliz maliyyə hesabatları tələb olunmur
-Bankda hesab kredit təsdiqləndikdən sonra açılır
Kredit yalnız pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün nəzərdə tutulur.