Citigroup, əmtəə dünyagörüşü hesabatında qızılın ilin sonuna qədər rekord səviyyəyə qalxa biləcəyini bildirib.
Citigroup Inc.-in dördüncü rübündə əmtəə dünyagörüşü hesabatında ABŞ-da seçki riski səbəbindən qızıl qiymətlərinin ilin sonuna qədər əvvəlki pik səviyyəsindən çıxması gözlənildiyi bildirilib.
"Bu, dördüncü rübün sonunda qızılın qiyməti və dəyişkənliyi üçün fövqəladə bir sürətləndirici ola bilər" deyən hesabatda qiymətli metal bazarının 2020-ci ildə ABŞ-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar normaldan aşağı qiymətlər olduğu bildirilib
Bununla yanaşı Aakash Doshi də daxil olmaqla analitiklər, ABŞ seçkilərindən əvvəl və ya sonra qızıl əməliyyatları və qiymət dəyişkənliyi üçün tarixən aydın bir model olmadığını barədə xəbərdarlıq edib.
Xəbərdə Demokratlar Partiyasından prezidentliyə namizəd Joe Biden-in qələbəsinin infrastruktura yatırımlar səbəbindən gümüş üçün dəstək olacağı bildirilib. ABŞ Prezidenti Donald Trampın yenidən seçiləcəyi və ya nəticənin mübahisələndiriləcəyi təqdirdə qızıl üçün dəstək ola biləcəyi və qızıl / gümüş nisbətində bir sıçrayışa səbəb ola biləcəyi bildirilib.
Hesabatda ABŞ-ın faiz dərəcələrinin aşağı qaldığı və bazarların bir neçə ildir faiz artımının olmayacağı ilə bağlı qiymət verdikləri üçün qızılın orta müddətdə yüksəlməsi üçün güclü ehtimalın olduğu ifadə edilib.
Müəllif:Aynur Qəniyeva
Citi, 2021-ci ildə Comex qızıl qiymətlərinin onsunun orta hesabla 2275 dollar olacağı barədə son proqnozunu təkrarladı. Spot bazarında alınıb satılan qızılın bir unsiyası, BFR 11.40-da 1.881.72 dollardan satıldı.
Gümüş qiymətlərinin önümüzdəki 3-4 ayda onsunun 30 dollardan yuxarı və 6-12 aylıq dövrdə 40 unsiya qədər yüksələ biləcəyi təxmin edilib.
Müəllif:Aynur Qəniyeva