Yaponiyanın Softbank şirkəti Britaniyanın məşhur prosessor istehsalçısı olan ARM Holdings-in taleyi barəsində düşünməyə başlayıb.
Bu barədə The Wall Street Journal məlumat yayımlayıb.
Məlumatda qeyd edilib ki, Softbank şirkəti ARM Holdings-in IPO-nu keçirtməyi və ya ümumiyyətlə şirkəti satmağı planlaşdırır. Bunun əsas səbəbi isə Apple şirkətinin Intel prosessorlarından imtina edərək özünün ARM prosessorlarına keçid etməsidir.
Belə ki, Apple şirkətinin bu cür qərarı prosessor bazarının digər oyunçularına ciddi təsir göstərə bilər. Buna görə də Softbank şirkəti sahib olduğu ARM Holdings-dən maksimum mənfəət qazanmaq istəyir.
Qeyd etmək lazımdır ki, bu xəbərin çıxmasından sonra Softbank-ın səhmlərinin qiyməti 1% yüksəldi. Softbank şirkəti ARM Holdings-i 2016-cı ildə almışdı.