BANK

15 İyul

Çinin bank sektorunun aktivləri 43,1 trilyon dollar ARTIB

Çin Bank sektoru və Sığorta Nəzarəti və İdarəetmə Komitəsinin məlumatına görə, Çinin bank sektorunun cəmi aktivləri illik müqayisədə 9,8% artaraq 301,5 trilyon yuan (43,1 trilyon dollar) təşkil edib.

Problemli kreditlər 3,6 trilyon yuan təşkil edib. Ümumi kreditləşmədə problemli kreditlərin payı 2019-cu ilin sonundakı 2.02% -ə qarşı 2.1% -ə çatıb.

İlin birinci yarısında ölkənin sığortaçıların cəmi aktivləri 5,7% artaraq 21,7 trilyon yuana çatıb. Sinxua Xəbər Agentliyi xəbər verir ki, gəlirlilik 6,4% artaraq 2,7 trilyon yuana çatıb.

Müəllif:Aynur Qəniyeva