Kapital Bank-ın aktivləri 1 iyul 2020-ci il tarixinə 4,9 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,2 milyard manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 iyul 2020-ci il tarixinə 3,6 milyard manat olub.
Bankın 1 iyul 2020-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 487 milyon manat, adi və imtiyazlı səhmlər isə 225 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moody's və Standard Poor's beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 102 filialı və 17 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.