Beynəlxalq kredit reytinq agentliyi Standard Poor's (SP), inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının bu il orta hesabla 4.7 faiz azalacağını və 2021-ci ildə 5.9 faiz artacağını proqnozlaşdırıb.
Fins.az "Bloomberg"-ə istinadən xəbər verir ki, beynəlxalq kredit reytinq agentliyi Standard Poor's (SP), inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının bu il orta hesabla 4.7 faiz azalacağını və 2021-ci ildə 5.9 faiz artacağını proqnozlaşdırıb.
SP tərəfindən edilən açıqlamada, yeni inkişaf edən bazar iqtisadiyyatı ölkələrinin ümumi daxili məhsullarında bu il yeni növ koronavirus epidemiyasının yaratdığı böhran və ixracatın kəskin azalması səbəbindən dərin azalmanın gözlənildiyi bildirilir.
Açıqlamada, Çin istisna olmaqla, inkişaf etməkdə olan bazar iqtisadiyyatlarının bu il orta hesabla 4.7 faiz azalacağı və 2021-ci ildə 5.9 faiz artacağı proqnozlaşdırılıb
Daha yaxşı maliyyə şərtlərinin və əsas ticarət tərəfdaşlarının tədricən yaxşılaşmasının inkişaf etməkdə olan bazarlarda böyüməni dəstəklədiyinə diqqət çəkən açıqlamada, investorlara inamın kövrək qaldığı ifadə edilib
Açıqlamada, bütün iqtisadi inkişaf bazarlarında, Hindistanda 11%, Latın Amerikası və Cənubi Afrikanın əksəriyyətində 6-7%, inkişaf etməkdə olan Avropa ölkələrinin əksəriyyətində 3-4% və Malayziya və İndoneziyada davamlı istehsal itkilərinin gözlənildiyi bildirilir. Bunun da 2% olduğu təxmin edilir.
Epidemiyanın inkişafının və ona qarşı həyata keçirilən siyasət cavablarının bərpa olunmasında əsas rol oynayacağını vurğulayan açıqlamada, özəl sektorun dinamikliyi və xarici amillərin də bərpa gözləntiləri üçün əhəmiyyətli olduğu ifadə edilib.
Müəllif:Aynur Qəniyeva