Bank Tənzimləmə və Nəzarət agentliyə verilən şikayətləri araşdırdıqdan sonra 7 banka cərimə tətbiq edəcək.
Fins.az "Bloomerg"-ə istinadən xəbər verir ki Bank Tənzimləmə və Nəzarət Agentliyi 7 banka 204,651 min TL cərimə tətbiq edilməsinə qərar verib.
Qurum tərəfindən verilən açıqlamada, fərdi və ticari müştərilər tərəfindən quruma təqdim edilən şikayətlərin araşdırıldığı bildirilib
Şikayətlərə baxılma proseslərinin fasiləsiz davam etdiyi bildirilən açıqlamada aşağıdakılar qeyd edildi:
İnstitutumuza fərdi və kommersiya müştəriləri tərəfindən daxil olan şikayətlər araşdırılıb.
Bank Tənzimləmə və Nəzarət Agentliyinin yaradılması səbəbindən müvafiq qanunvericiliyə uyğun olaraq 7 banka ümumilikdə 204,651 min TL məbləğində inzibati cərimə tətbiq edilməsi qərara alınıb
Müəllif:Aynur Qəniyeva