BANK

09 İyul

Sberbank bütün ödəniş sistemlərini SberPay xidmətinə bağlayacaq

Sberbank, bütün ödəmə sistemlərini III-IV rübdə öz SberPay xidmətinə bağlamağı planlaşdırır
Fins.az  "TASS"-a istinadən xəbər verir ki,bu sözləri onlayn konfrans zamanı jurnalistlərə Sberbank İdarə Heyəti sədrinin müavini Svetlana Kirsanova deyib.

"Bütün ödəniş sistemlərini birləşdirməyi planlaşdırırıq və bunu dördüncü rübün ortalarına qədər edəcəyik. Bütün ödəniş sistemləri növbəti rübdə əlavə ediləcək və müştəri heç bir ödəniş üsulunda heç bir fərq görməyəcək." - deyə Kirsanova qeyd edib.
İyulun 9-da Sberbank, SberPay adlı  yeni bir ödəniş xidməti sisteminin işə salındığını elan edib. SberPay sistemi onlayn və oflayn olaraq (kontaktsiz ödənişləri qəbul edən Sberbank POS terminalları ilə təchiz olunmuş satış nöqtələrində) ödəmələrə imkan verir. 

Müəllif:Aynur Qəniyeva