BANK

09 İyul

Azərikard və Respublika bankdan NFC xidməti-YENİLİK

Bank Respublika, NFC  (Near Field Communication) texnologiyası üzərindən daha rahat və sürətli təmassız ödənişlərin tətbiqinə başlayıb. Artıq bankın müştəriləri alış-veriş zamanı ödənişləri sadəcə smartfonları vasitəsilə həyata keçirə biləcəklək

Fins.az xəbər verir ki, bunun üçün “Mobil Şöbə” əlavəsini smartfona yükləmək, Bank Respublikaya aid hər hansı VISA kartı üçün bir kliklə NFC-ni aktiv etmək və onu dərhal POS terminalda ödənişlər üçün istifadə etmək kifayətdir.
Məlumata görə bununla da, kartlarında təmassız ödəniş imkanı olmayan kart sahibləri belə, NFC texnologiyası vasitəsilə, kart üçün xüsusi rəqəmsal nömrəni (token) aktivləşdirərək təmassız ödənişlər həyata keçirə biləcəklər. Xüsusən vurğulamaq lazımdır ki, Bank Respublikanın “Mobil Şöbə”istifadəçiləri NFC ödənişlərini İnternetə qoşulma olmadan belə rahat şəkildə  etmək imkanını qazanacaq.
Qeyd etmək lazımdır ki, NFC ödənişləri hələlik yalnız Android platformasında çalışan smartfonlar vasitəsilə həyata keçirmək mümkündür.  (Android 4.4 və daha yuxarı əməliyyat sistemi versiyaları)
 
Müəllif:Aynur Qəniyeva