“Təqaüd və əmək haqqı kartlarına kənar mədaxillərin bağlanması, müştərilərin kartlarının təyinatı üzrə imkanlarını məhdudlaşdırmır"
Fins.az xəbər verir ki, bunu Kapital Bank-ın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
O bildirib ki, əgər müştəri əmək haqqı və təqaüd kartlarına əlavə vəsaitlərin mədaxil olunmasını istəyirsə, bunun üçün filiala müraciət edib, qanunvericiliyin tələblərinə uyğun olan müvafiq sənədləri imzalamalıdır
Qeyd edək ki, bir müddət öncə əmək haqqını və təqaüdünü Kapital Bank-ın kartı ilə alan müştərilərə "Hormetli Musteri,Diqqetinize catdirmaq isterdik ki, 01.08.2020-ci il tarixinden emek haqqi kartiniza yalniz emek haqqi vesaitlerinin medaxil edilmesi mumkun olacaqdir. Diger vesaitlerin medaxilinin berpa edilmesi ucun 01.08.2020 tarixinden sonra istenilen filiala shexsiyyet vesiqenizle yaxinlasaraq muvafiq senedler toplusunu imzalamaginiz kifayetdir." məzmunlu ismarıc göndərmişdi.
Müəllif:Aynur Qəniyeva