BANK

09 İyul

Dollar yenidən UCUZLAŞIR

Foreks bazarlarında dolların ucuzlaşması, dollar ilə qiymətləndirilən digər maliyyə aktivlərində də bahalaşma müşahidə edilir.  

Avro və Funtun qiymətlərində bahalaşma həm fundamental, həm də texniki səbəblərə əsaslanır. Funtamental olaraq, Avrozona və İngiltərə iqtisadiyyatlarının Amerika ilə müqayisədə daha sürətlə canlanması və daha yaxşı vəziyyətdə olması, EUR/USD və GBP/USD məzənnələrinə olan etimadı artırır. Texniki olaraq isə avro/dollar valyuta cütlüyünün qiymətinin cari ilin maksimumum səviyyəsinə (1.15) yaxın dalğalanması və beləliklə, müqavimət səviyyəsinin qırılması ehtimallarının artması, məzənnə üzrə alış əməliyyatlarının da artmasına təkandır. Funt/Dollar valyuta cütlüyü üçün də eyni sözləri yazmaq mümkündür. 1.28$-ın qırılmaq üzrə olması, burada da alış əməliyyatlarının artmasına səbəb olur.