Ukrayna İnfrastruktur Nazirliyi nəqliyyat sahəsində bir sıra infrastruktur layihələri baxılması üçün Azərbaycan hökumətinə göndərib. Bu barədə nazirlyinin mətbuat xidməti məlumat verir.
Ukraynanın infrastruktur naziri Vladislav Krikli Azərbaycanın Kiyevdəki səfiri Elmira Axundova ilə işgüzar görüş keçirib.
“Krikli 2020-ci il 30-31 yanvar tarixlərində Kiyevdə keçirlən iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasının nəticələrini müsbət qiymətləndirib. O, həmçinin xatırladıb ki, nazirlik nəqliyyat sahəsində bir sıra infrastruktur layihələri baxılması üçün Azərbaycan hökumətinə göndərib. Məqsəd Azərbaycan tərəfindən dövlət məqsədli kreditin hesabına onların mümkün reallaşdırılmasıdır”, - məlumatda qeyd olunur.
Nazir vurğulayıb ki, Ukrayna Azərbaycan tətəfindən müsbət qərar gözləyir və həmin layihələrə dair bütün zəruri əlavə məlumatı təqdim etməyə hazırdır.
Krikli qeyd edib ki, Ukrayna icazələırin sayının artırılması, avtodaşımalar xidmətləri bazarına azad çıxışın əldə edilməsi və ya liberallaşdırılmasında maraqlıdır. Həmçinin, həm onlayn rejimində, həm də faktiki olaraq beynəlxalq avtomobil daşımaları məsələləri üzrə qarışıq komissiyanın növbəti iclasını keçirməyə hazırdır.
“O cümlədən, tərəflər iki ölkə arasında birbaşa müntəzəm hava əlaqəsinin bərpası imkanını müzakirə ediblər”, - məlumatda vurğulanır