BANK

08 İyul

Azərbaycan bankına yeni təyinatlar olub

Bank BTB –nin İdarə Heyətinin tərkibi genişləndirilib.  

Bankın İnkişaf üzrə direktoru Rauf Qurbanov və Filial Şəbəkəsinin İdarə Edilməsi Departamentinin direktoru Eldəniz Hüseynov İdarə Heyətinin üzvü vəzifəsinə, Kamran Quliyev isə Baş Direktor vəzifəsinə təyin edilib.

Bankdan verilən məlumata əsasən, təyinat almış bu şəxslər uzun illər Bank BTB-də  çalışan əməkdaşlardır.