“AccessBank” fermerlərə dəstək olmaqda davam edir. Belə ki, bank iyul ayının 1-dən etibarən kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan şəxslərə yeni aqrokredit kampaniyasını təqdim edir. Müştərilər “AccessBank”dan 15.000 AZN-dək krediti 12%-dən başlayan faiz dərəcəsi ilə əldə edə bilərlər. 12 ayadək verilən kredit, həmçinin 9 ayadək güzəşt müddəti ilə fermerlər təsərrüfatlarının inkişafı üçün zəmin əldə edirlər. Kampaniya bağçılıq, əkinçilik, arıçılıq, heyvandarlıq və digər ailə-fermer təsərrüfatlarının yaradılması və genişləndirilməsi üçün yeni imkanlar yaradır.
Kampaniya haqqında ətraflı məlumat əldə etmək üçün:
//accessbank.az/az/our-bank/news/detail.php?id=16179